Müasir GPON texnologiyası ilə fiber-optik internet
Diginet olaraq Hövsan ərazisində müasir GPON texnologiyası əsasında qurulmuş fiber-optik şəbəkə vasitəsilə yüksəksürətli və stabil internet xidməti təqdim edirik.
Şəbəkəmizin magistral hissəsi dirəklər üzərində çəkilmiş fiber-optik xətlərdən, mənzillərə qədər olan hissəsi isə Drop Fiber optik kabellərdən təşkil olunub. Bu infrastruktur internet bağlantısının birbaşa mənzilə qədər fiber-optik texnologiya ilə çatdırılmasına imkan verir.
Abunəçilər seçdikləri internet sürətinə uyğun olaraq 2.4 GHz və 5 GHz Wi-Fi texnologiyasını dəstəkləyən ONT modemlərlə ödənişsiz təmin olunur.
Diginet ilə əldə etdikləriniz
- Ödənişsiz qoşulma
- Mənzilə qədər fiber-optik Drop Fiber kabel
- Ödənişsiz ONT modem
- 2.4 GHz və 5 GHz Wi-Fi dəstəyi
- 30 Mbit/s-dən 1 Gbit/s-ə qədər internet sürətləri
- 24/7 Call Center texniki dəstəyi
Abunəçi yalnız seçdiyi tarif üzrə aylıq ödəniş edir. Təqdim olunan ONT modem, kabel xətti və digər avadanlıqlar Diginet-in mülkiyyətində qalır. Abunəçi xidmətdən imtina etdikdə şirkət tərəfindən təqdim edilmiş avadanlıqlar və kabel xətti geri götürülür.
Əlavə xidmətlər
İnternet xidmətindən əlavə, abunəçilərimizin istəyinə əsasən müxtəlif əlavə xidmətlər də təqdim edirik:
220 TV kanalı
Diginet TV xidməti ilə Azərbaycan, türk, rus və ingilis dilli kanallar daxil olmaqla 220 televiziya kanalını izləmək mümkündür.
Kanal paketində xəbər, film, idman, musiqi, uşaq və cizgi filmləri, yemək və kulinariya, flora və fauna, heyvanlar aləmi, elm və ixtiralar, sənədli filmlər və digər mövzularda müxtəlif televiziya kanalları yer alır.
SIP telefoniya
İstəyə əsasən abunəçilərimizə SIP telefoniya xidməti də təqdim olunur.
Access Point quraşdırılması
Ev, ofis və digər məkanlarda Wi-Fi əhatəsinin genişləndirilməsi üçün Access Point quraşdırılması xidmətini həyata keçiririk.
Kamera sistemlərinin quraşdırılması
Mənzil, obyekt, ofis və digər ərazilər üçün video müşahidə kameralarının quraşdırılması və müvafiq infrastrukturun hazırlanması xidmətlərini təqdim edirik.
İnternet tarifləri
30 Mbit/s — 15 AZN
4 ayın ödənişinin əvvəlcədən edilməsi şərti ilə.100 Mbit/s-dən 1 Gbit/s-ə qədər — 25 AZN
50 Mbit/s + 220 TV kanalı — 25 AZN
Dəstək
Diginet abunəçiləri üçün 24/7 Call Center xidməti fəaliyyət göstərir.
Hövsan ofisinin iş saatları: həftə içi 6 gün, 09:00–18:00.
