Premium yaşayış mühiti üçün müasir Ethernet infrastrukturu
Diginet olaraq Port Baku layihəsində yüksək standartlara cavab verən, müasir və çoxmərhələli telekommunikasiya infrastrukturu əsasında yüksək keyfiyyətli internet və rəqəmsal televiziya xidmətləri təqdim edirik.
Port Baku layihəsində internet infrastrukturu klassik fiber-optik GPON həllindən fərqli olaraq Ethernet texnologiyası əsasında qurulub. Fiber-optik magistral xətt binanın server otağına qədər gətirilir və burada şəbəkə avadanlığına qoşulur. Daha sonra internet bağlantısı bloklar arasında yerləşdirilmiş switch avadanlıqları vasitəsilə paylanaraq mənzillərə yüksək sürətli Ethernet/LAN kabel xətti ilə çatdırılır.
Bu struktur yüksək səviyyəli yaşayış kompleksinin tələblərinə uyğun olaraq hazırlanmış və şəbəkənin stabil, etibarlı və səmərəli fəaliyyətini təmin etmək məqsədi daşıyır.
Diginet ilə əldə etdikləriniz
- Ödənişsiz internet qoşulması
- Fiber-optik magistral bağlantı
- Bina server otağına qədər fiber-optik infrastruktur
- Müasir Ethernet şəbəkəsi
- Mənzilə qədər Ethernet/LAN kabel bağlantısı
- Ödənişsiz modem
- 2.4 GHz və 5 GHz Wi-Fi dəstəyi
- 100 Mbit/s internet sürəti
- 24/7 Call Center texniki dəstəyi
Abunəçi yalnız seçdiyi tarif üzrə aylıq ödəniş edir. Təqdim olunan modem, kabel xətti və digər avadanlıqlar Diginet-in mülkiyyətində qalır. Abunəçi xidmətdən imtina etdikdə şirkət tərəfindən təqdim edilmiş avadanlıqlar və kabel xətti geri götürülür.
DVB-C rəqəmsal kabel televiziyası
Port Baku layihəsində televiziya xidməti internet infrastrukturundan ayrıca qurulmuş koaksial kabel şəbəkəsi üzərindən təqdim edilir.
Diginet tərəfindən bina daxilində xüsusi koaksial kabel infrastrukturu yaradılıb və abunəçilərə DVB-C rəqəmsal kabel televiziyası xidməti təqdim olunur.
Bu həll televiziya siqnalının ayrıca kabel infrastrukturu üzərindən mənzillərə çatdırılmasını təmin edir və internet bağlantısından müstəqil televiziya xidmətindən istifadə imkanı yaradır.
300 TV kanalı
Diginet TV xidməti ilə Azərbaycan, türk, rus və ingilis dillərində yayımlanan 300 televiziya kanalına çıxış əldə etmək mümkündür.
Kanal paketinə müxtəlif maraq dairələrinə uyğun geniş məzmun daxildir:
- Xəbər kanalları
- Film və əyləncə kanalları
- İdman kanalları
- Musiqi kanalları
- Uşaq və cizgi film kanalları
- Yemək və kulinariya proqramları
- Flora və fauna
- Heyvanlar aləmi
- Elm və ixtiralar
- Sənədli filmlər
- Müxtəlif əyləncəli və maarifləndirici proqramlar
Access Point quraşdırılması
Müasir yaşayış məkanlarında stabil və geniş Wi-Fi əhatəsinin təmin edilməsi üçün Access Point quraşdırılması xidmətini də həyata keçiririk.
Evin və ya ofisin sahəsinə və strukturuna uyğun olaraq Wi-Fi əhatəsinin optimallaşdırılması üçün uyğun şəbəkə həlləri təqdim edirik.
İnternet tarifləri
30 Mbit/s — 15 AZN
100 Mbit/s — 25 AZN
50 Mbit/s + 300 TV kanalı — 30 AZN
100 Mbit/s + 300 TV kanalı — 35 AZN
Yalnız TV xidməti
Yalnız televiziya xidmətindən istifadə etmək istəyən abunəçilər üçün ayrıca DVB-C TV xidməti də təqdim olunur.
TV qoşulma haqqı — hər televizor üçün 20 AZN
Aylıq TV abunə haqqı — 15 AZN
Dəstək
Diginet abunəçiləri üçün 24/7 Call Center xidməti fəaliyyət göstərir.
Əlaqə: 050 223 60 68
Diginet Baş Ofisinin iş saatları:
Həftə içi 5 gün, 09:00–18:00
